• Suriya ordusu Səxnədə çoxlu sayda İŞİD-çini məhv edib
    Suriya ordusu Səxnədə çoxlu sayda İŞİD-çini məhv edib

Suriya ordusu müttəfiq qüvvələrin həmkarlığı ilə Əlsəxnə məntəqəsində təkfirçi-sionist İŞİD qrupundan çoxlu sayda terrorçunu məhv edib.

Suriyanın Ələxbariyyə telekanalının məlumatına görə, bir hərbi mənbə bu gün səhər bildirib ki, Suriya ordusunun bölmələri müttəfiq qüvvələrin həmkarlığı ilə Humsdan şərqdə yerləşən Əlsəxnə məntəqəsini öz nəzarətlərinə alıblar. Bu zaman İŞİD-in sonuncu toplantıları məhv edilibdir.

Bu mənbə söyləyib: Suriya ordusunun bölmələri və müttəfiq qüvvələr çoxlu sayda İŞİD-çini məhv və onların silah və təchizatlarını darmadağın ediblər.

Bu hərbi mənbənin sözlərinə görə, Suriya ordusunun bölmələri müttəfiq qüvvələrin həmkarlığı ilə məntəqədə təhlükəsizliyi bərqərar və dağıdılmış İŞİD terror qrupunun qalıqlarını təqib etmək üçün öz əməliyyatlarını davam etdirirlər.

Həmçinin Suriya ordusunun döyüş-texnika qüvvələri məntəqəni, xüsusən yaşayış massivlərini və küçələri bombalar və qumbaralardan təmizləməyə başlayıblar. 

Aug 12, 2017 20:25 Asia/Baku
Şərhlər