• Yəmən böhranı üçün əhatəli siyasi həll yolunun tapılması vurğulanıb
    Yəmən böhranı üçün əhatəli siyasi həll yolunun tapılması vurğulanıb

BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsinin İranın xarici işlər naziri ilə görüşündə Yəməndəki son hadisələr araşdırılmaqla bərabər, bu ölkədəki insan faciəsinə son qoyulması və Yəmən böhranı üçün əhatəli siyasi həll yolunun tapılması vurğulanıb.

Son Yəmən olayları barədə İran rəsmilərilə məşvərət aparmaq məqsədilə Tehrana səfər etmiş BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Esmail Vələd Əl-Şeyx Əhməd bu gün günortadan sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Bu görüşdə son Yəmən olayları araşdırılıb və bu bu ölkədəki insan faciəsinə son qoyulması və Yəmən böhranı üçün əhatəli siyasi həll yolunun tapılması vurğulanıb.

Esmail Vələd Əl-Şeyx Əhməd bundan öncə İranın xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Caberi Ənsari ilə görüşmüşdü.

O, bu görüşdə Yəmən böhranının siyasi həllinə verdiyi dəstəklərə görə, İrana təşəkkür edib.

Aug 12, 2017 20:58 Asia/Baku
Şərhlər