• Netanyahuya qarşı aksiya
    Netanyahuya qarşı aksiya

Dünən gecə işğal olunmuş Fələstinin müxtəlif bölgələrində minlərlə sionist sionist rejimin baş nazir Benyamin Netanyahunun korrupsiya işinə baxılması prossesində öz vəzifəsini düzgün yerinə yetirməməsinə etiraz edib.

Fələstin Əl-Yəum bildirir ki, dünən gecə sionist rejimin prokuroru və nazirlər kabinetinin məhkəmə müşaviri Efixay Məndəlblitin mənzili önünə toplaşaraq Netanyahunun işinə baxılması tərzinə öz etirazlarını bildiriblər. 

Aksiyaçılar Məndəlbliti Netanyahu ilə əlbir olmaqda, Netanyahuya qarşı hökm çıxarılmasına qəsdən mane olmaqda ittiham ediblər. 

2017-ci il yanvarın 2-dən başlayaraq sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı milyonlar dollar rüşvət almaq ittihamı ilə cinayət işi açılıb.

Netanyahuya qarşı əsas korrupsiya işi onun 2009-cu ildə seçkilərin təşviqat xərclərini təmin etmək üçün fransalı korrupsiyoner Arnaud Mimerandan bir milyon dollar alması ilə əlaqədar açılıb. 

Aug 13, 2017 09:07 Asia/Baku
Şərhlər