• Bəhreyn xalqı şeyx İsa Qasimə dəstək aksiyası keçirib

Bəhreyn xalqı bu ölkənin məşhur ruhanisi şeyx İsa qasimə dəstək üçün bir daha aksiya keçirib.

PressTv-nin verdiyi məlumata görə,Bəhreynin şimal kəndlərinin sakinləri Şeyx İsa Qasimə qarşı repressiyanın və Əddoraz bölgəsinin mühasirəsinin davam etməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər və Ali-Xəlifə rejiminə qarşı şuarlar səsləndiriblər. Aksiya reim hərbçiləri ilə toqquşmalara səbəb olub. 

Ali-Xəifə rejimi hərbçiləri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. 

Ali-Xəlifə rejiminin məhkəməsi 2017-ci il may ayının 21-də şeyx İsa Qasimi çirkli pulların yuyulması və bu rejimə qarşı çıxması ittihamı ilə vətəndaşlıq hüququndan məhrum edərək 1 il təxirə salınan həbs və 100 min dinar cərimə ilə məhkum ediblər. 

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin Əddoraza və şeyx İsa Qasimin tərəfdarlarına  hücumlarında indiyədək bir neçə nəfər ölüb və onlarla adam yaralanıb, həmçinin yüzlərlə adam həbs edilib. 

Aug 13, 2017 13:13 Asia/Baku
Şərhlər