• İordan çayının qərb sahilində 10 fələstinli həbs edilib

Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində 10 fələstinlini həbs edilbər.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, dünən də sionist qəsəbə sakinləri sionist rejim hərbçilərinin dəstəyi ilə Məscidül-Əqsaya hücum ediblər. 

Əl-Aləm telekanalı isə xəbər verir ki, sionist rejim hərbçiləri sionist Həlmiş qəsəbəsində 3 həftə öncə baş verən toqquşmada 3 sionisti öldürmüş əsir Ömər Əl-Əbdin anası və qardaşını da Ramullahın qərbində Kubər Şimal kəndində həbs edilblər. 

Fələstin insan haqları qurumları bir bəyanat yayaraq bildirmişdilər ki, ötən miladi ayında 880 fələstinli sionist rejim hərbçiləri tərəfindən həbs edilib. Bunlardan 144 nəfərini uşaqlar və 18 nəfərini qadınlar təşkil edir. Saxlanılanların çoxu Beytül-Müqəddəs şəhərinin sakinləridir.

Aug 13, 2017 13:30 Asia/Baku
Şərhlər