• İraq Parlamenti Kürdüstan məntəqəsində referendumun keçirilməsinə qarşı çıxıb
    İraq Parlamenti Kürdüstan məntəqəsində referendumun keçirilməsinə qarşı çıxıb

İraq Parlamentinin üzvləri Kürdüstan məntəqəsində referendumun keçirilməsinə qarşı qərar qəbul etdikdən sonra, İraqın baş nazirinin bu məsələni həll etmək üçün Kürdüstan başçıları ilə birbaşa danışıqlar aparmasını istəyiblər.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İraq Parlamentinin üzvləri çərşənbə axşamı baş nazir Heydər Əl-İbadidən istəyiblər ki, İraqın birliyi və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görsün. 

İraq Parlamentindəki kürd deputatlar Kürdüstanda referendumun keçirilməsinə qarşı çıxan digər parlament üzvlərinə etiraz olaraq iclas zalını tərk ediblər. 

İraq Kürdüstanındakı bəzi siyasi partiyalar 7 iyunda Kürdüstan məntəqəsinin yerli hakimiyyət başçısı Məsud Barzani ilə birgə iclasda Kürdüstanın İraqdan ayrılması üçün 25 sentyabr 2017-ci il tarixində referendumun keçirilməsi ilə razılaşıblar. Bu isə İraq hökumətinin , siyasi partiyalrın və qonşu ölkələrin ciddi etirazı ilə üzləşib. 

Sep 12, 2017 17:16 Asia/Baku
Şərhlər