• Deyrəzzur terrorçuların işğalından azad edilir
    Deyrəzzur terrorçuların işğalından azad edilir

Deyrəzzurun mühasirəsinin yarılmasından sonra, şəhərə göndərilən humanitar yardımlar sakinlərin sevincinə səbəb olub. Ordu qüvvələri isə Deyrəzzur hava limanı habelə, şəhərin qərb hissəsinin terrorçulardan azad edilməsi əməliyyatını davam etdirirlər.

Deyrəzzurn cənub və cənub-şərq hissəsinin terrorçulardan təmizlənməsi əməliyyatı davam edir. Ordu qüvvələri ağır artilleriyanın dəstəyi ilə İŞİD terrorçularını Suriyanın Şərq Səhrasının dərinliklərinə geri çəkilməyə məcbur edirlər.

 

Suriya ordusunun komandanlarından biri deyir: “Deyrəzzurun mühasirəsinin yarılmasından sonra, hazırda terrorçular bütün diqqətlərini şəhərin qərb hissəsinə yönəldiblər.”

 

Deyrəzzur hava limanının azad edilməsi üçün ətrafdakı strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi isə Sriya ordusunun əsas məqsədini təşkil edir.

 

Suriyalı hərbçilərdən biri bu barədə deyir: Deyrəzzur hava limanının ətraf məntəqələrinə nəzarətin möhkəmləndirilməsi şəhərin qərb hissəsinin azad edilməsində önəmli rol oynayır.”

 

Deyrəzzura göndərilən 700 ton humanitar yardımın şəhərə daxil olması və şəhərdə nisbi sakitliyin bərqərar edilməsi ilə sakinlər şəhərin terrorçulardan tamamilə təmizlənəcəyinə daha artıq ümidvar olublar.

 

Şəhər sakinlərindən biri deyir: “Deyrəzzurun azad edilməsindən sonra baş verən ən yaxşı hadisə yardım yüklərinin şəhərə daxil olması idi.”

 

Bir başqa səhər sakini də deyir: “Biz bu  yardımlara görə təşşəkür edirik və ümidvarıq digər problemlər də tezliklə öz həllini tapsın.”

 

Suriya qırıcıları isə şəhərin qərb və şərqində terrorçuların mövqelərinə havadan zərbələr enirməklə ordu qüvvələrinin Fərat çayının qərb sahilinə doğru irəliləməsinə şərait yaradırlar.  

 

Sep 12, 2017 18:15 Asia/Baku
Şərhlər