• Pakistan Parlamenti Myanmada müsəlmanlara qarşı soyqırımını qınadı
    Pakistan Parlamenti Myanmada müsəlmanlara qarşı soyqırımını qınadı

Pakistan Senatının üzvləri bir qətnamə qəbul edərək, Myanma dövlətinin Rohinqya müsəlmanlarına qarşı soyqırımını kəskin formada qınayıblar.

İRİB-nin verdiyi məlumata görə, Pakistan Senatının üzvləri bu qətnamədə Myanma dövlətinin Rohinqya müsəlmanlarına qarşı zülm və zorakılıqlarını bəşəriyyət əleyhinə cinayət adlandırıblar.

Bu qətnamədə həmçinin deyilir: İnsanlara qarşı dini və etnik mənsubiyyətlərinə görə cinayət və zorakılıqların törədilməsi qəbuledilməzdir və qadınlara təcavüzün edilməsi, uşaqların incidilməsi və insanların öldürülməsi Rohinqya müsəlmanlarına qarşı etnik soyqırımının həyata keçirilməsi üçün mütəşəkkil və proqramlaşdırılmış bir fitnənin bir hissəsidir.

Sep 12, 2017 18:18 Asia/Baku
Şərhlər