• Deyrəzzurun azad edilməsi əməliyyatı davam edir
    Deyrəzzurun azad edilməsi əməliyyatı davam edir

Suriya ordusu Deyrəzzurun Fərat məntəqəsini terrorçulardan azad etmək üçün məntəqəyə əlavə qüvvə və təchizatlar göndərir.

Suriya ordusu və xalq qüvvələri Deyrəzzurun Fərat məntəqəsinin terrorçulardan təmizlənməsinə hazırlaşırlar. Suriya ordusu Fərat çayı üzərində polad körpülər quraraq, çayın  digər sahilinə keçmək üçün hazırlıq işlərini tamamlamağa çalışır. Digər tərəfdən, terrorçuların məğlubiyyətinin yaxın olmasını görən Amerikan koalisiyası terrorçuların xarici dəstə başçılarını helikopterlər vasitəsi ilə Deyrəzzurdan çıxardır və naməlum məkana köçürürlər.

 

Deyrəzzurun şərqində terrorçuların müdafiə xəttinin yarılması ilə bu məntəqəyə əlavə qüvvə və hərbi təchizatların köçürülməsinə başlanılıb.

 

Suriyalı hərbçilərdən biri deyir: “Allahın köməkliyi ilə var gücümüzlə irəliləyərək, bütün Deyrəzzuru terrorçulardan azad edəcəyik”.

 

Ordu və müqavimət qüvvələri terrorçulardan azad edilmiş ərazilərdə öz mövqeyini möhkəmləndirməklə, terrorçulara qarşı yeni cəbhələr açmağa çalışırlar.

 

Suriyalı bir hərbçi isə İŞİD-in sonuna az qaldığını deyir: “İŞİD-in sonu çox yaxındır. Allahın köməyi ilə Suriyanı azad edəcəyik.

 

Bir neçə gün öncəyə kimi, döyüşün ən qızğın anlarında terrorçulara yardım daşıyan ABŞ helikopterləri, indi himayə etdikləri qüvvələri Deyrəzzurun şimalında neftlə zəngin olan ərazilərə doğru istiqamətləndirirlər.

 

Suriyalı hərbçilərdən biri bu haqda deyir: “Terrorçuların əsas dayağı Amerika və İsraildir. Onlar bir sikkənin iki üzüdürlər.”

 

 

 

 

Sep 13, 2017 20:04 Asia/Baku
Şərhlər