• Əfqanıstanda amerikalılara qarşı etirazlar artır
    Əfqanıstanda amerikalılara qarşı etirazlar artır

ABŞ hərbçilərinin Əfqanıstanda müsəlmanların dini müqəddəslərinə hörmətsizlik etmələri Əfqanıstanın müsəlman xalqını qəzəbləndirib. Xalq aksiyalar təşkil edərək, amerikalıların bu çirkin hərəkətinə etiraz və səbəbkarların cəzalandırılmasını tələb edirlər.

ABŞ hərbçilərinin Əfqanıstanda müsəlmanların dini müqəddəslərinə hörmətsizlik etmələri Əfqanıstanın müsəlman xalqını qəzəbləndirib. Xalq aksiyalar təşkil edərək, amerikalıların bu çirkin hərəkətinə etiraz və səbəbkarların cəzalandırılmasını tələb edirlər.

Əfqanıstanda amerikalıların İslam müqəddəslərinə hörmətsizliklərinə qarşı etirazlar davam edir.

Amerikalı hərbçilərin Əfqanıstanın Pərvan vilayətində təyyarədən atdıqları təbliğat xarakterli vərəqələrdə “La İlahə İlləllah”  kəlməsinə hörmətsizliyin edilməsinə etirazlar hələ də davam edir.

Əfqanıstan xalqı, din alimləri və parlament üzvləri amerikalıların bu təhqiramiz hərəkətini İslam dəyərlərinə qarşı savaş və Əfqanıstan xalqına qarşı hörmətsizlik hesab edirlər.

Aksiya iştirakçılarından biri deyir: “Əfqanıstanın müsəlman xalqı öz müqəddəslərini müdafiə etmək üçün ixtiyarında olan hər bir şeydən istifadə edəcək.”

 

Bir başqa aksiya iştirakçısı isə deyir “Davamlı olaraq bizim müqəddəslərimizə hörmətsizlik edirlər, lağa qoyurlar. Bunu bağışlamaq mümkün deyil.”

 

İndi Əfqanıstan xalqı amerikalıların bu hörmətsizliyinin ardınca əllərində “La İlahə İlləllah” bayraqları daşıyaraq, bu hörmətsizliyə yol verənlərin cəzalandırılmasını və amerikalıların Əfqanıstandan çıxmasını tələb edir.

 

Əfqanıstan parlamentinin bir üzvü isə deyir:  “Onlar bizim xalqımızın hisslərini sınamaq istəyirlər. İstəyirlər görsünlər müsəlman əhali hələ də öz dini dəyərlərinə sadiqdir yoxsa dini inancları zəiflətməyə nail olublar. Xeyir, onlar səhv edirlər. Müsəlmanlar heç vaxt müqəddəslərinə edilən hörmətsizlik qarşısında sükut etməyəcək və öz müqəddəslərini sonuna kimi müdafiə edəcəklər.”

 

Amerikalıların Əfqanıstanda müsəlmanlara hörmətsizlik etmələri yeni hadisə deyil.

 

Sep 13, 2017 20:05 Asia/Baku
Şərhlər