• Sionist rejim əl-Əqsa məscidinin önəmli sənədlərini oğurlayıb

Qüds Beynəlxalq Mərkəzinin rəhbəri əl-Əqsa məscidinin önəmli sənədlərinin sionist rejim tərəfindən oğurlandığını bildirib.

Fars Xəbər Agentliyinin Qüds portalına istinadla verdiyi məlumata görə, Qüds Beynəlxalq Mərkəzinin direktoru Həsən Xatir bildirib: Sionist rejim Qüds vəqflərinə aid elektron sənədləri əl-Əqsa məscidindən oğurlayıb ki, bu bölgəni yəhudiləşdirməyə şərait yarada bilsin. 

Həsən Xatir əlavə edib: Dəqiq məlumatlara görə, sionist rejim əl-Əqsa məscidinin xüsusi kompüter avadanlıqları və server sistemlərinin giriş kodunu sındırıb və müsəlman və xristian vəqflərə aid sənədlərdəki mövcud məlumatların surətini götürüb. 

Həsən Xatirin dediyinə görə, sionist rejim bu sənədlər vasitəsi ilə Qüdsün vəqflərinə əl atacaq. Bu sənədlər müqəddəs məkanlar, ticarət məkanları, əmlak, ərazi və mənzillərə şamil olur.

Qüds Beynəlxalq Mərkəzinin direktoru həmçinin əmlak və vəqf imkanlarının nəqli üzrə xüsusi texniki komitənin təşkil olunmasını istəyib. 

Ötən bir neçə dekadada əl-Əqsa məscidi sionist hərbçilər və sionist qəsəbə sakinlərinin at oynatdıqları məkana çevrilmişdir. Onların məqsədi Beytül-Müqəddəsin müsəlman və xristian kimliyini məhv etmək və alternativ olaraq sionist simvolları tətbiq etməkdir. 

Sep 14, 2017 09:49 Asia/Baku
Şərhlər