Oct 01, 2017 17:59 Asia/Baku
  • Kərbəlada Hüseyn(ə) Aşurası mərasimində 2 milyondan çox əzadar iştirak edib

Hüseyn(ə) Aşurası mərasimi bu gün elə bir halda müqəddəs Kərbəla şəhərində başa çatıbdır ki, yerli rəsmilərin sözlərinə görə, bu il bu şəhərdə keçirilən mərasimdə iştirak etmiş zəvvarların sayı iki milyondan çox olubdur.

“Təviric” adlı ən böyük əzadarlıq dəstəsi bu gün Hüseyn Aşurası ilə bir zamanda İmam Hüseyn(ə) hərəminə daxil olub. Bu dəstə hər il İraq vətəndaşları və müxtəlif ölkələrdən olan şiələrin iştirakı ilə Kərbəlaya gedir və günorta azanı zamanı Beynulhərəmeyndən keçir.

Müqəddəs Kərbəla şəhərində keçirilən builki Aşura günü mərasimi günorta və ikindi camaat namazlarının qılınmasından sonra başa çatdı və Kərbəla özünü builki Hüseyn(ə) Ərbəini mərasiminə hazırlayır.

Digər bir xəbərə görə, İraqın şimalındakı Süleymaniyyə şəhərində əzəmətli Hüseyn Aşurası mərasimi sünni əhlindən və şiələrdən ibarət yüzlərlə əzadarın iştirakı ilə keçirilib.

İraq Kürdüstanı məntəqəsində separatçı referendumun keçirilməsilə bağlı Bağdad ilə Ərbil arasındakı ixitlafa rəğmən, bu il bir qrup kürd şəxsiyyəti Hüseyn Aşurası münasibətilə bəyanatlar yayaraq, İmam Hüseyn(ə)-ı müsəlmanlar arasında vəhdət meyarı kimi yad edibdir.

 

 

Teqlər

Şərhlər