• \
    \"İsrail\"in PUA-sı Qəzzə zolağında qəzaya uğrayıb

Sionist rejim ordusunun sözçüsü bu rejimin pilotsuz uçan aparatının Qəzzə zolağının cənubunda qəzaya uğradığını bildirib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim ordusunun sözçüsü Afixay Adray cümə günü deyib: Bu PUA-nın informasiyalarının ifşa olunması haqda nigaranlıq yoxdur. 

Sionist rejimin iki ədəd pilotsuz uçan aparatı da 25 sentyabrda İordan çayının qərb sahilində əl-Xəlil və Beyt-Ləhm şəhərlərində qəzaya uğrayıb. 

2017-ci ilin əvvəlindən bəri Fələstin bölgələrində sionist rejimin 10 ədəd PUA-sı qəzaya uğrayıb. 

Sionistlər Fələstin ərazilərində casusluq üçün bu aparatlardan istifadə edirlər. 

Oct 07, 2017 12:49 Asia/Baku
Şərhlər