• Barizaninin İraqın vitse-prezidentləri ilə razılaşması
    Barizaninin İraqın vitse-prezidentləri ilə razılaşması

İraq Kürdüstanının başçısı Məsud Barizani bu məntəqədə separatçılıq referendumunun keçirilməsindən irəli gələn problemlərin həlli məqsədilə İraqın vitse-prezidentləri Əyad Əlavi və Üsamə Əlnəcifi ilə Bağdad ilə müzakirə tərzi haqda razılığa gəlibdir.

İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizaninin israrı ilə 2017-ci il sentyabrın 25-də bu məntəqədə separatçılıq referendumunun keçirilməsinin ardınca İraqın mərkəzi dövlətilə İraq Kürdüstanı məntəqəsinin başçıları arasındakı əlaqələrdə gərginlik artıbdır.

Məsud Barizani, Əyad Əlavi və Üsamə Əlnəcifi İraqın Süleymaniyyə şəhərində bu ölkənin keçmiş prezidenti Cəlal Talibaninin vəfatı münasibətilə keçirilən mərasimin kənarında razılığa gəliblər ki, İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsindən irəli gələn ixtilafların həlli məqsədilə İraqdakı müxtəlif siyasi qruplarla məşvərət və İraqın mərkəzi dövlətilə müzakirə üçün iclasların gündəmi azad olsun.

Oct 08, 2017 17:19 Asia/Baku
Şərhlər