• Yəmənin Marib vilayətində Ərəbistanın kəşfiyyat təyyarəsi vurulub
    Yəmənin Marib vilayətində Ərəbistanın kəşfiyyat təyyarəsi vurulub

Yəmən xalq qüvvələri Marib vilayətində Səudiyyə Ərəbistanına aid bir kəşfiyyat təyyarəsini vurublar.

İRİB-in Sputnikə istinadla verdiyi məlumata görə, Yəmənin bir hərbi rəsmisi deyib: Ərəbistanın kəşfiyyatçı pilotsuz uçan aparatı Marib vilayətinin Sərvah şəhərinin əl-Məşcəh bölgəsində vurulub. 

Yəmən qüvvələri bir oktyabrda da paytaxt Sənanın şimalında ABŞ-ın MQ 9 pilotsuz uçan aparatını vurmuş və aparatın vurulması anı və qalıqlarını yayımlamışdılar. 

Bu arada Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Sədə vilayətində Kətaf bölgəsini yeddi dəfə bombalayıblar. 

Oct 11, 2017 12:45 Asia/Baku
Şərhlər