• Ərəbistanın Livan Hizbullahı əleyhinə məkrli planına reaksiya
    Ərəbistanın Livan Hizbullahı əleyhinə məkrli planına reaksiya

Livanın Partiyalar və Milli Şəxsiyyətlər Koordinasiya Şurası Ərəbistanın Fars körfəzi ölkələrinin məsələləri üzrə müşavir naziri Samir əl-Səhbanın Livan Hizbullahı əleyhinə son açıqlamasını pisləyib.

Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Livanın Partiyalar və Milli Şəxsiyyətlər Koordinasiya Şurası çərşənbə axşamı günü Hizbullah və müttəfiqləri əleyhinə beynəlxalq koalisiyanın təşkil olunmasına dair Samir əl-Səhbanın müraciətinə reaksiyada bildirib: Vaşinqton və Təl-Əvivin müstəmləkəçilik planlarının reallaşması məqsədilə Ərəbistanın məkrli planları məğlubiyyətə uğrayıb. 

Livanın Partiyalar və Milli Şəxsiyyətlər Koordinasiya Şurası Səudiyyə Ərəbistanını ərəb və islam ölkələrinin stabilliyi üçün təhlükə adlandırıb və bildirib: Səudiyyə rejiminin mövqeləri ABŞ və sionist rejimin mənafeyi çərçivəsində müqaviməti zəiflətmək üçün cəhd olduğunu göstərir. 

Oct 11, 2017 12:46 Asia/Baku
Şərhlər