• İraq Kürdüstanı referendumuna nəzarət komissiyasının rəhbəri və üzvlərinin həbsinə order verildi
    İraq Kürdüstanı referendumuna nəzarət komissiyasının rəhbəri və üzvlərinin həbsinə order verildi

İraqın Ali Məhkəmə Şurası kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referenduma nəzarət komissiyasının rəhbəri və üzvlərinin həbsinə order verib.

İraqın Süməriyyə News televiziya kanalının məlumatına görə, İraqın Ali Məhkəmə Şurasının sözçüsü Əbdül-Səttar Bayraqdar deyib: Bu order İraq Milli Təhlükəsizlik Şurasının Federal Ali Məhkəməsinin qərarının pozulması ilə kürd muxtariyyətində referendumun keçirilməsi haqda şikayətinə əsasən Ər-Rəsafə Tədqiqat Məhkəməsi tərəfindən verilib. 

İraqın Ali Məhkəmə Şurasının sözçüsü əlavə edib: Bu qərar Cinayət Məcəlləsinin 329-cu maddəsinə əsasən verilmişdir. 

İraq baş nazirinin mətbuat xidmətinin sözçüsü Səəd əl-Hədisi də bildirib: Hökumət kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsinə nəzarət komissiyasının rəhbəri və üzvlərinin həbs olunması ilə əlaqədar qərarın icrasını izləyəcək. 

Bu arada İraqın İradə Hərəkatının rəhbəri Hənnan əl-Fətlavi deyib: Kürd muxtariyyətinin rəhbəri Məsud Barzani və Kürdüstan Demokart partiyasının nüfuzlu şəxsləri referendumu planlaşdıraraq keçirdiklərinə görə, təqib olunmalıdırlar. 

Oct 11, 2017 17:43 Asia/Baku
Şərhlər