• Suriya paytaxtında terror aktı
    Suriya paytaxtında terror aktı

Suriya Kütləvi İnformasiya Vasitələri Dəməşq Polis Mərkəzi yaxınlığında terror aktının baş verdiyini bildiriblər.

Mehr İnformasiya Agenliyinin məlumatına görə, Suriya televiziyası bildirib: Polis mühafizə qüvvələri çərşənbə günü Dəməşqin Xalid Bin Vəlid prospektində polis idarəsinə nüfuz etməyə terrorçularla toqquşublar. Terrorçulardan ikisi polis mərkəzinə çatmazdan öncə üzərilərindəki partlayıcı qurğunu işə salmağa məcbur olub.

Suriya polisi üçüncü terrorçunu müəyyənləşdirib və mühasirəyə alıb. Həmin terrorçu da üzərindəki partlayıcı qurğunu işə salıb.

Kütləvi İnformasiya Vasitələrinin bildirdiyinə görə, Dəməşqdə terror aktları nəticəsində indiyə qədər bir nəfər həlak olub, altı nəfər də yaralanıb.

Partlayışdan sonra Suriya təhlükəsizlik məmurları hadisə yerini tam mühasirəyə alıblar. Belə ki, ehtimal olunan digər terror aktları və ya bomba quraşdırılmış avtomobilləri zərərsizləşdirsinlər.

Oct 11, 2017 19:42 Asia/Baku
Şərhlər