• Suriya ordusu İordaniya sərhədinə yaxın böyük əraziyə nəzarəti ələ keçirib
    Suriya ordusu İordaniya sərhədinə yaxın böyük əraziyə nəzarəti ələ keçirib

Suriya ordusu terror qruplaşmaları ilə aylarla savaşdan sonra İordaniya sərhədinə yaxın ərazilərin böyük hissəsinə nəzarəti ələ keçirib.

Press TV müxbiri azad olunmuş bəzi bölgələrdə olub: Suriya ordusu əcnəbi ölkələrin dəstəklədiyi terror qruplaşmaları qarşısında yeni qələbələr qazanıb və bu qrupların Dəməşqin cənub-şərq hissəsində böyük ərazilərdəki iştirakına son qoyub. 

Suriya ordusu komandanlarından biri Press TV müxbirinə verdiyi müsahibədə deyib: Ordu və müttəfiq qüvvələr strateji qələbələrə imza atıblar. Biz 40-dan çox sərhəd məntəqəsinə nəzarəti ələ keçirmişik və nəticədə 8 min kvadratkilometr ərazinin azad edilməsi ilə nəticələnib. Bundan sonra, İordaniya ilə sərhəd böölgələrə təhlükəsizliyi qaytarmalıyıq. 

Suriyanın çöllük ərazilərinin bu hissəsində terrorçular yerüstü və yeraltı mövqelərii gücləndirmişdilər. Onlar tədarük vasitələrinin çatmasına yol olaraq tunellər qazıblar. 

Biz hazırda İordaniya sərhədi yaxınlığında bir bölgədəyik. Bura terrorçuların təlim düşərgələrindən biridir. Gördüyünüz kimi onlar təchizatlar və avtomobillərini burada qoyaraq qaçıblar. Hərbi dairələrin bildirdiyinə görə, bu terrorçular İordaniya ərazisinə qaçıblar. 

Suriya ordusu terrorçuların bu komandanlıq mərkəzində onlara aid çoxlu sənədlər aşkarlayıblar. Bu sənədlər onların bu bölgədə öz mövqelərini gücləndirmək niyyətində olduğunu göstərir. 

Suriya ordusu komandanlarından biri bu barədə deyib: Terrorçular bu bölgəni özlərinin daimi qərargahına çevirmək niyyətində olublar. Onlar təchizatları məxfi şəkildə bu bölgəyə gətirirmişlər. Lakin qüvvələrimiz oların tədarük yollarını kəsiblər və bu sərhəd bölgəsində savaşa son qoyublar. 

Suriya ordusu aylar öncə İordaniya ilə sərhədlərində təhlükəsizliyi bərpa etmək üçün savaşda olmuşdur. Suriya 2011-ci il mart ayından xarici dəstəyə malik terrorçular və üsyançılarla mübarizədə olmuşdur. 

Dəməşq həmişə bəzi xarici ölkələri terror qruplarının iştirakının genişlənməsində müqəssir adlandırıb. Hazırda Suriya ordusunun yeni qələbələri ilə görünür, bu qüvvələr və onların müttəfiqləri İordaniya ilə sərhəd bölgələrində terrorçular qarşısında yekun qələbəyə daha da yaxınlaşmışlar. 

Oct 11, 2017 20:50 Asia/Baku
Şərhlər