• Heydər Əl-İbadi
    Heydər Əl-İbadi

İraqın baş naziri deyib: Bağdad İraq Kürdüstanı əhalisinə qarşı ordu qüvvələrindən istifadə etmək niyyətində deyil.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi bu gün deyib: Bağdad belə bir niyyətdə olmasa da hər halda ölkənin ərazi bütövlüyünü mühafizə sahəsində lazımlı tədbirləri həyata keçirməkdə öhdəliklidir. 

İraq Kürdüstan bölgəsinin təhlükəsizlik şurası dünən özünün rəsmi Tvitter səhifəsində iddia edib ki, İraq qüvvələri və Həşdüşşəbi eləcə də Federal Polisin İraq Kürdüstanına hücum niyyətində olduqlarını göstərən məlumatlar əldə edib. 

Rudao xəbər agentliyinin verdiyi məlumata görə, İraq Kürdüstanı təhlükəsizlik şurası iddia edib ki, İraq qüvvələri Kərkukun cənub və qərb bölgələri və Mosulun şimalından hücuma keçmək istəyirlər. 

Əl-İbadi Əl-Ənbar vilayətində əldə olunmuş son nailiyyətlərə toxunaraq deyib: İraq ordusu bu qələbələri qoruyub sazlamalıdır. 

İraqın baş naziri həmçinin iraqlı didərginlərin öz yurdlarına qayıtmaları üçün şəraitin yaradılmalı olduğunu deyib.  

Oct 12, 2017 20:02 Asia/Baku
Şərhlər