• Rusiya MN: Suriya ərazisinin 92%-i terrorçulardan azad edilib

Rusiya Müdafiə Nazirliyinə bağlı "Zvezda" qəzeti Suriya ərazisinin 92%-nin terrorçuların işğalından azad edildiyini yazıb.

Sputnik informasiya agentliyi cümə günü "Zvezda" qəzetinə istinadla bildirib: Rusiya qırıcıları ötən 1 həftə ərzində Suriya üzərində 517 uçuş həyata keçirib və terrorçuların 1260 mövqeyini məhv ediblər. 

Rusiya MN cari ilin sentyabrında Suriya ərazisinin 87.4%-nin terrorçuların işğalından azad edildiyi barədə məlumat yaymışdı. 

Rusiya 2015-ci ildən Suriya hökumətinin istəyi əsasında onlarla bombardmançı, qırıcı və kəşfiyyat təyyarəsini Suriyaya göndərib və indiyə kimi İŞİD və Ənnüsrə Cəbhəsi terror qruplaşmalarına qarşı savaşda Suriya ordusuna havadan dəstək verir. 

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və digər müttəfiq ölkələr tərəfindən himayə edilən terrorçuların bu ölkəyə hücum etməsi ilə başlanıb. 

Oct 13, 2017 13:18 Asia/Baku
Şərhlər