Oct 31, 2017 16:27 Asia/Baku
  • Səudiyyənin Yəmənə qarşı hava hücumları davam edir
    Səudiyyənin Yəmənə qarşı hava hücumları davam edir

Təcavüzkar səud qırıcıları Yəmənin Səna vilayətində yerləşən “Doqquzuncu” rayondakı Zəbuə və Rəmadə məntəqələrində yerləşən iki evi bombalayıblar.

Yəmənin Ənsarullah xalq hərəkatı da bildiribdir ki, səud təcavüzkarları ilə mübarizə istiqamətində Ərəbistanın cənub-qərbində yerləşən Nəcran məntəqəsindəki “Cərəb” hərbi bazasına bir ədəd “Qahir-2” ballistik raketi atıbdır. Bu da ağır xəsarətlər törədibdir.

Ərəbistan Amerikanın və özünün bir neçə müttəfiq ölkəsinin himayəsi və Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə bu ölkəyə qarşı quru, dəniz və hava hücumlarına başlayıbdır. Bu hərbi hücum indiyədək on minlərlə yəmənlinin ölməsi və yaralanması, eləcə də milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.

 

 

 

Teqlər

Şərhlər