• Livanın təhülkəsizlik aparatı Səd Həririnin iddiasını təkzib edib
    Livanın təhülkəsizlik aparatı Səd Həririnin iddiasını təkzib edib

Səd Həririnin öz istefa məktubunda bəzilərinin onu terror etmək istəməsini iddia etməsinə və Səudiyyənin Əl-Ərəbiyyə telekanalının bu iddianı şişirtməsinə baxmayaraq Livanın təhlükəsizlik aparatı bu iddianın əsassız olduğunu bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Livanın OTV kanalı bildirib ki, Livanın təhlükəsizlik aparatı bu gün Səd Həririyə qarşı terror planı iddialarının tamamiylə yalan olduğunu bildirib. 

Səd Həriri Livanın baş naziri vəzifəsindən istefa verdikdən sonra Livanın hazırkı şəraitinin atası Rəfiq Həririnin terrorundan öncəki duruma bənzədiyini iddia edib. 

Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekanalı da bəzi mənbələrə istinadla iddia edib ki, Livanın istefa vermiş baş naziri Səd Həririyə qarşı terror planı son genlər zərərsizləşdirilib. Bu telekanalın iddiasına görə, Həririnin təyyarəsi Beyrut hava limanından uçmaq istəyərkən aeroportun nəzarət qülləsi işdən düşüb. 

Səd Həriri bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ərrəyadda öz vəzifəsindən istefa verdiyini elan edib. 

Nov 04, 2017 21:28 Asia/Baku
Şərhlər