• Bukəmalın azad edilməsi əməliyyatı başlanıb

Suriya ordusunun zərbəçi qüvvələri Əlməyadin şəhərindəki mehvərdən Bukəmal şəhərinin azad edilməsi əməliyyatına başlayıblar və irəliləməkdə davam edirlər.

Suriyalı bir mənbə bildiribdir ki, müqavimət qüvvələri dünən Əlməyadində yerləşən Məhkan mehvərindən Əlquriyyə qəsəbəsinə daxil olaraq, İŞİD ünsürlərilə toqquşublar.

Bu mənbənin sözlərinə görə, Suriya ordusunun quru əməliyyatı ilə eyni zamanda rus və suriyalı qırıcılar İŞİD-in bu məntəqədəki mövqelərini hədəfə alıblar.

Suriya qüvvələrinin Əlməyadin istiqamətindən Diyrəzzur ətrafında İŞİD-in sonuncu mühüm mərkəzi sayılan Bukəmal şəhərinədək irəliləmələri üçün 70 kilometr məsafə qalır.

Suriyalı qüvvələr bazar ertəsi günü də Məhkan qəsəbəsinin ətrafındakı məntəqələrin bəzilərinin nəzarətini öz əllərinə alıb və bu gün öz əməliyyat miqyaslarını bir neçə dəfə artırıblar.

Belə bir halda, Suriya ordusu və müttəfiq qüvvələr Suriya-İraq sərhədləri yaxınlığında yerləşən "T-2" adlı neft yatağı istiqamətində, Bukəmal şəhərinin cənubundan otuz kilometr aralıda yerləşirlər.

Suriya ordusunun zərbəçi qüvvələri son zamanlar Əlməyadin və Diyrəzzur şəhərlərini İŞİD-in işğalından azad edərək, öz əməliyyatlarını Fərat çayının qərb sahili boyunca davam etdirirlər.

Nov 08, 2017 10:02 Asia/Baku
Şərhlər