• Bəhram Qasimi
    Bəhram Qasimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səudiyyə Ərəbistanı xarici işlər nazirinin son avantürist açıqlamasına reaksiyada deyib: Səudiyyəlilərin təxribatçılığı və qeyri-peşəkar siyasətlərinin bütün region üçün təxribatçı və ziyanlı nəticələri vardır.

İRİB-in məlumatına görə, Bəhram Qasimi deyib: Ərəbistan xarici işlər naziri bütün reallıqları əksinə cilvələndirərək bölgədə bu ölkənin destabilləşdirici hərəkətləri, Fars körfəzi ətrafındakı ölkələr, Yəmən və Livandakı qarşıdurmaları yaratmaqla bağlı ümumi fikri yayındrmaq üçün əbəs səy göstərir. 

Səudiyyə Ərəbistanının Yəməndə nəzarətdən çıxan cinayətlərinə toxunan Qasimi əlavə edib: Səudiyyə Ərəbistanı özünün radikal təfəkkürü, terror hərəkətlərinin həqiqi təzahürü və regionun digər ölkələrinin daxili məsələlərində müdaxiləsi açıq-aşkar olduğu halda, yalandan başqalarını terrorizmi dəstəkləməkdə suçlayır. 

O həmçinin İranın beynəlxalq və regional səviyyədə stabillik, sülh və sabitliyin bərpa olunmasına səy göstərdiyinə toxunaraq deyib: Radikal və qeyri-peşəkar siyasətlərlə üzləşən regionun hazırkı böhranlı şəraiti bütün region ölkələrinin təxribatçı hərəkətlərlə ciddi mübarizəsini tələb edir. 

Nov 11, 2017 12:53 Asia/Baku
Şərhlər