• Ənnüsrə Cəbhəsi geri oturduldu
    Ənnüsrə Cəbhəsi geri oturduldu

Ənnüsrə Cəbhəsinə bağlı terrorçuların Suriyanın qərbində, Həma şəhərinin şimalında yerləşən Məhərdə elektrik stansiyasının ətrafında ordu qüvvələrinin mövqelərinə qarşı hücumu uğursuz alınıb, ordu qüvvələri terrorçuları geri çəkilməyə məcbur edib.

Suriya dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Suriya ordusu və silahlı qüvvələri şənbə günü Həma şəhərinin şimalında Ənnüsrə Cəbhəsi terrorçuları ilə döyüşdə çoxlu sayda terrorçunu məhv edib. Ağır itki verən terrorçular geri çəkilməyə məcbur olublar. Terrorçular geri çəkilərkən silahları və hərbi təchizatlarını döyüş meydanında buraxıblar. 

Ənnüsrə Cəbhəsi terror qruplaşması əsasən Suriyanın Həma və İdlib vilayətlərinin sərhəd məntəqəsində fəaliyyət göstərir və əsasən xarici ölkə vətəndaşlarından ibarət olan bir terror dəstəsidir. 

Nov 12, 2017 10:44 Asia/Baku
Şərhlər