Nov 26, 2017 10:10 Asia/Baku
  • UNICEF : 10 dəqiqədən bir Yəməndə bir uşaq ölür
    UNICEF : 10 dəqiqədən bir Yəməndə bir uşaq ölür

Birləşmiş Millətlət Təşkilatının Uşaq Fondu (UNICEF) dünən Yəmən paytaxtı Səna aeroportuna əsas peyvəndlər daşıyan təyyarənin endiyini bildirərək xatırladıb ki, Yəməndə 10 dəqiqədən bir, bir uşaq canını itirir.

İRNA-nın verdiyi məlumata görə, Sənaya gətirilən 1.9 milyon doza peyvən, Yəmən üzrə 600 min uşaqın difteriya, qara öskürək və vərəm xəstəliklərinə qarşı vaksinasiya edilməsi üçün istifadə olunacaq. 

Beynəlxalq təzyiqlərin ardınca Səudiyyə Ərəbistanı son bir ay ərzində dünən ilk dəfə olaraq  humanitar yardım daşıyan 4 təyyarənin Səna aeroportuna enməsinə icazə verdi. 

Son həftələr ərzində bir çox ölkə rəsmiləri eləcə də beynəlxalq təşkilatlar Yəməndə insan faciəsi barədə xəbərdarlıq etmişdilər. 

 

Teqlər

Şərhlər