Nov 27, 2017 19:30 Asia/Baku
  • AB sionist rejimin təxribatçı hərəkətlərinə etiraz edib
    AB sionist rejimin təxribatçı hərəkətlərinə etiraz edib

Avropa Birliyi sionist rejimdən istəyibdir ki, fələstinlilərin qərb sahilində yerləşən binalarını dağıtmağı dayandırsın.

Avropa Birliyi bir bəyanatda bildiribdir ki, bu birliyin Beytulmuqəddəsdə və Ramullahda yerləşən ofisləri sionist rejimin fələstinlilərin qərb sahilində yerləşən binalarını dağıtmaq və ələ keçirmək üzrə hədəsinin davam etməsini araşdırırlar.

Avropa Birliyinin xahişi elə bir halda irəli sürülübdür ki, sionist rejim ordusu son zamanlar fələstinlilərin İordan dərəsində yerləşən Əynulhəlvə və Ummulcəmal məntəqələrindəki evlərinin dağıdılması barədə göstəriş veribdir.

Avropa İttifaqı habelə sionist rejimin fələstinlilərin Susiyyə kəndindəki iyirmi evini dağıtmaq niyyətini tənqid edib və bildiribdir ki, cari milad ilinin qış fəslində bu kəndin təcili şəkildə dağıdılması ilə, yarısını uşaqlar təşkil edən yüz nəfər sığınacaqsız qalacaqdır.

Sionist rejim keçən həftə də Qüdsün yaxınlığında yerləşən Cəbəl Əlbaba məntəqəsi barədə oxşar göstəriş vermişdi.

Sionist qəsəbələr salmaq, sionist rejimin işğal olunmuş ərazilərdə əhali strukturunu dəyişmək istiqamətindəki  başlıca həll yoludur. Belə ki, hətta sionist qəsəbələrin salınmasını pisləyən BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsi belə, İsrail rejimini bu hərəkətdən dayandıra bilməyibdir.

Teqlər

Şərhlər