Dec 18, 2017 19:13 Asia/Baku
  • 
B.Əsəd: Terrorizm üzərində qələbə Suriyada bərpa şəraitini yaradır
    B.Əsəd: Terrorizm üzərində qələbə Suriyada bərpa şəraitini yaradır

Suriya prezidenti vurğulayıb ki, terrorizm üzərindəki ardıcıl qələbələr Suriyanın bərpası prosesinin sürətlənməsi üçün münasib şərait yaradır.

Suriya prezidenti Bəşşar Əsəd iqtisadi və dövlət heyətilə Dəməşqə səfər etmiş Rusiyanın baş nazir müavini Dmitri Roqozin ilə görüşdə deyib: Bu qələbələr öz növbəsində Suriya ilə Rusiya arasında əməkdaşlıq üçün daha artıq fürsətlər və geniş iqtisadi üfüqlər aça bilər.

Bu görüşdə iki tərəf qarşılıqlı əlaqələr və iqtisadi həmkarlığın xüsusən neft, qaz, elektrik, neft-kimya, nəqliyyat və ticarət sahələrində genişləndirilməsi yolları barədə danışıbdır.

Teqlər

Şərhlər