Dec 21, 2017 13:43 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi müqavimət mehvərinin sionist rejimlə qarşılaşmağa hazır olduğunu vurğulayıb.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin heyətilə görüşdə deyib: İraq və Suriyada İŞİD ilə qarşılaşmadakı son nailiyyətlərindən sonra müqavimət mehvərinin hazırda sionist rejim ilə döyüş üzərində təmərküzləşməsi üçün fürsət yaranıbdır.

Livan Hizbullahının baş katibi ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etmək qərarını yeni Balfor bəyannaməsi adlandırıb və fələstinlilərdən istəyibdir ki, bu yeni fitnəni məğlub etmək üçün öz birliklərini qorusunlar.

Nəsrullah söyləyib: İntifazə yeganə seçimdir ki, Fələstin xalqı, milli və islami qruplar onun ətrafına toplaşa bilərlər və intifazənin səmərə verməsi və onun hədəflərinin reallaşmasınadək fələstinlilərin bütün diqqətləri bu məsələ ətrafında təmərküzləşməlidir.

Əbu Əhməd Fuadın başçılıq etdiyi Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin heyəti də bu görüşdə müqavimət qruplarının birgə proqramı çərçivəsində hər bir anti-sionist fəaliyyətdə iştirak üçün öz hazırlığını elan edib.

Ötən həftə də digər fələstinli müqavimət qruplarından olan Fəth cəbhəsinin nümayəndə heyəti Seyid Həsən Nəsrullah ilə görüşmüşdü.

Seyid Həsən Nəsrullah son zamanlar fələstinlilərin sionist rejimə qarşı üçüncü intifazəsi və bu rejimin işğalçılığı ilə mübarizə üçün müqavimət qruplarının birliyini istədi.

Teqlər

Şərhlər