Jan 08, 2018 12:46 Asia/Baku
  • Yəmənli partiya beynəlxalq ictimaiyyətin susqunluğunu qınayıb
    Yəmənli partiya beynəlxalq ictimaiyyətin susqunluğunu qınayıb

Yəmənin Əl-Həqq partiyasının baş katibi deyib: Beynəlxalq ictimaiyyət Ali-Səud rejiminin Yəmənə qarşı cinayətlərinə susaraq səudiyiyəlilərin ortağı olmuşdur.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Yəmənin Əl-Həqq partiyasının baş katibi Həsən Zeyd Sənada bir mətbuat konfransında Səudiyyə Ərəbistanının Yəmənə qarşı cinayətlərinin artmasına toxunaraq deyib: 2-ci dünya müharibəsindən bəri bu cinayətlərin misli görünməmişdir. 

Zeyd deyib: Bu gün beynəlxalq ictimaiyyətin səudiyyəlilərin cinayətlərində əlbir olmaları, media senzuraları tətbiq etmələri və yəmənlilərin vicdanını susdurmağa cəhd göstərmələrinin şahidiyik. 

Səudiyyə Ərəbistanı , ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi hücuma keçib və bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. Bu təcavüzkar əməliyyatların bəhanəsi Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdan ibarətdir. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı müharibəsi on minlərlə yəmənlinin həlak olmasına və milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarıb. 

 

Teqlər

Şərhlər