• Sionist qəsəbə sakinlərinin Məsciduləqsaya basqını
    Sionist qəsəbə sakinlərinin Məsciduləqsaya basqını

Sionist qəsəbə sakinlərindən bir qrupu sionist hərbçilərin dəstəyilə Məsciduləqsaya basqın edib və bu müqəddəs islami məkana daxil olubdur.

Sionist qəsəbə sakinləri onlarla sionist hərbçi ilə yanaşı, dünən Məsciduləqsaya daxil olaraq, fələstinli namazqılanlarla toqquşublar.

Sionistlərin Məsciduləqsaya daxil olmaları ilə, fələstinli namazqılanlar və fələstinli məsul şəxslər sionistlərə qarşı şüarlar verib və onların Məsciduləqsanın digər bir hissəsinə daxil olmalarına icazə verməyiblər.

Məsciduləqsa Qüds şəhərinin islami-fələstinli mahiyyətinin əsas simvolu kimi daim sionist rejimin dağıdıcı hərəkətlərinin hədəfinə çevrilibdir.

Sionist qəsəbə sakinlərinin Məsciduləqsaya basqınları ilə bir zamanda sionist rejim ordusunun bir bölgəsi qəsb olunmuş Qüds şəhərinin müxtəlif məhəllərində bir neçə fələstinli evinə hücum və azı səkkiz fələstinlini həbs edibdir.

Jan 09, 2018 09:46 Asia/Baku
Şərhlər