• Sionistlər Nablos şəhərinə basqın ediblər

İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Nablos şəhərinə basqın ediblər.

İRİB-nin verdiyi məlumata görə, İsrail hərbçiləri çərşənbə axşamı Nablosun qərbində bir sionist qəsəbə sakininin öldürülməsinin ardınca bu məntəqəyə hücum ediblər.

Digər tərəfdən sionist qəsəbə sakinləri də Nablos şəhərində, Hivarə qəsəbi yaxınlığında fələstinlilərin avtomobillərinə tərəf daş atıblar.

İsrail ordusu Nablosun cənub-qərbini qapalı hərbi zona elan edib. Qəsəbə sakinləri də bir neçə məntəqədə piket keçiriblər.

Jan 10, 2018 13:38 Asia/Baku
Şərhlər