• İsrail rejimi Qüds şəhərində fələstinlilərə aid 132 mənzili və binanı dağıdıb

Fələstinlilərə məxsus bir insan haqları mərkəzi çərşənbə axşamı bir bəyanat yayaraq, bildirib: İsrail rejimi 2017-ci ildə Qüdsün qədim hissəsində fələstinlilərə məxsus 132 mənzili və binanı dağıdıb.

İRİB-nin verdiyi məlumata görə, Qüds insan haqları mərkəzi öz bəyanatında bildirib: Bu binaların dağıdılması 240 fələstinlinin evsiz qalmasına və zorla yaşadığı yeri tərk etməsinə səbəb olub. Bu 240 nəfərin təqribən yarısını uşaqlar təşkil edir.

Fələstin Araşdırmalar Mərkəzi də 31 dekabrda bir hesabat yayaraq, İsrail rejiminin 2017-ci ildə fələstinlilərə məxsus 900 hektarlıq ərazini yeni qəsəbələrin inşa edilməsi məqsədi ilə müsadirə etməsindən xəbər verib.

Teqlər

Jan 10, 2018 19:04 Asia/Baku
Şərhlər