• Qəzzə zolağında aksiya \ Trampın Qüdslə bağlı qərarına etiraz edildi

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qalmaqallı qərarına etirazların davamında Qəzzə zolağında aksiya keçirilib.

İRİB-nin verdiyi məlumata görə, Livanın Əl-Minar informasiya kanalı bildirib: Çoxlu sayda fələsinli qadın çərşənbə axşamı BMT-nin Qəzzədəki ofisi önündə piket keçirib, ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına etiraz edib.

Fələstinli Qadınlar Birliyinin sədri Amal Hamad ABŞ prezidentinin Qüdslə bağlı qərarına etiraz edərək, deyib: Tramp bir tərəfdən Qüdsü işğalçılara təhvil verir, digər tərəfdən isə fələstinlilərə siyasi və maliyyə baxımından təzyiq göstərir. Bəzən də fələstinlilərə yardımların dayandırılması haqda qərarlar qəbul edir.

6 dekabr 2017-ci ildə Tramp Qüdsü işğalçı İsrail rejiminin paytaxtı olaraq tanıyaraq, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə göstəriş verib.  O zamandan bəri bütün Fələstin Trampın qərarlarına qarşı etirazların şahididir. Bu müddət ərzində 17 fələstinli şəhid olub, 3000 nəfər isə  yaralanıb.

Jan 10, 2018 19:40 Asia/Baku
Şərhlər