• Ərəbistanda daha bir şahzadə həbs edilib

Ərəbistanın Su İdmanı Federasiyasının sədri hakimiyyətin 11 şahzadənin həbsi ilə bağlı açıqlamasını rədd etməsinin ardınca həbs olunub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistanın İdman Heyətinin sədri şahzadə Türki Ali Şeyx, Su İdmanı Federasiyasının sədri şahzadə Abdullah bin Səud bin Məhəmmədi hökumətin həbsdə olan 11 şahzadə ilə bağlı açıqlamasına etiraz etməsinə görə tutduğu vəzifədən azad edib. Bunun ardınca şahzadə Abdullah bin Səud bin Məhəmməd həbs edilərək, Əl-Hair zindanına köçürülüb.

Bu məlumata görə, Abdullah bin Səud bin Məhəmməd Ərəbistanın baş prokurorunun həbs edilən 11 şahzadənin istifadə etdikləri elektrikin pulunu ödəməkdən imtina etmələrinin ardınca saxlanılmaları haqda səsləndirdiyi fikri rədd edərək, deyib: Hökumətin bu xüsusda verdiyi açıqlama yanlış və əsassızdır.

Teqlər

Jan 10, 2018 19:41 Asia/Baku
Şərhlər