• Sionistlər Hits 3 raket əleyhinə sistemin sınağında iflasa uğradılar
    Sionistlər Hits 3 raket əleyhinə sistemin sınağında iflasa uğradılar

Sionist rejimin Müharibə Nazirliyi sionistlərin ən çox xərcli və qalmaqallı hərbi layihəsi yəni Hits 3 raket əleyhinə sistemin sınağının üçüncü dəfə məğlubiyyətə uğradığını bildirib.

Qüds Xəbər Agentliyinin Valla sionist portalına istinadla verdiyi məlumata görə, İsrailin Müharibə Nazirliyi bildirib: Ötən gün Hits 3 raket əleyhinə sistem üçüncü dəfə sınaqdan keçirilməli idi. Lakin məlumatları köçürülməsində problem yarandığına görə, başqa vaxta təyin olunub. 

Qeyd edək ki, bu məsələ İsrailin silah sınaqları silsiləsində yeni məğlubiyyət sayılır. Hits 3 sistemi İsrailin raket əleyhinə müdafiə sisteminin ən yüksək səviyyəsidir və bu rejimin orta mənzilli ballistik raketlərlə qarşılaşması üçün önəmli sistemi hesab olunur. 

Artıq üçüncü dəfədir ki, sionist rejimin Müharibə Nazirliyi bu raketin sınağını ləğv edir. Ötən sentyabr ayında da Hits 2 sistemi hücum edən raketin izlənilməsində uğursuzluqla üzləşmişdi. 

Hits 3 raket əleyhinə sistemin xərci 2,2 milyard dollardan çoxdur və ABŞ onun xərcinin 80%-ni təmin edib. 

Jan 11, 2018 19:13 Asia/Baku
Şərhlər