• Yəmən Ənsarullahı Ərəbistanın bir bazasına raket hücumu edib
    Yəmən Ənsarullahı Ərəbistanın bir bazasına raket hücumu edib

Yəmənin ordusu və xalq qüvvələri Ərəbistanın bu ölkənin cənubundakı Nəcran şəhərində yerləşən bir hərbi bazasını ballistik raketlə hədəfə alıblar.

Təcavüzkar səud koalisiyasının sözçüsü Tərəki Əlmaliki deyib ki, yəmənlilərin ballistik raketi Yəmənin İmran vilayətindən Ərəbistan vertolyotlarının Nəcranda yerləşən xüsusi bazasına tərəf atılıb.

Əlmaliki iddia edib ki, Ərəbistan, hava hücumundan müdafiə sistemi ilə bu raketi təyin olunmuş mövqeyə düşməzdən öncə hədəfə alıb. Belə bir halda, Yəmənin Ənsarullah hərəkatının mənbələri bildiriblər ki, yəmənli qüvvələrin raketi Ərəbistanın Nəcranda yerləşən hərbi təsisatlarına düşübdür.

Teqlər

Jan 12, 2018 18:01 Asia/Baku
Şərhlər