• Əfqanıstanın şimalında daha bir qrup talibançı öldürülüb
    Əfqanıstanın şimalında daha bir qrup talibançı öldürülüb

Əfqanıstanın ordu və polis qüvvələrnin Taliban qrupunun bu ölkənin şimalındakı mövqelərinə qarşı hücumlarında daha bir qrup talibançı öldürülüb.

Əfqanıstan polisinin sözçüsü Seyid Sərvər Hüseyni bildirib ki, bu gün bu ölkənin ordu və təhlükəsizlik qüvvələrinin həmin ölkənin şimalındakı Bəlx vilayətinin bir məntəqəsində Talibanın mövqelərinə qarşı hücumunda on yeddi talib, o sıradan Talibanın komandirlərindən biri ölüb, bir qrup talib də yaralanıbdır.

Talibanın hərbi təchizatları da bu hücumda məhv edilibdir.

Jan 12, 2018 18:05 Asia/Baku
Şərhlər