• Fələstin xalqı altıncı qəzəb cüməsində aksiya keçirib
    Fələstin xalqı altıncı qəzəb cüməsində aksiya keçirib

Fələstinli mənbələr ABŞ prezidentinin qərarını pisləmək üçün Qüdsdə aksiyanın keçirilməsindən və qərb sahilinin bir neçə məntəqəsində toqquşmanın baş verməsindən xəbər veriblər.

Fələstinli qrupların altıncı qəzəb cüməsində aksiyaların keçirilməsini bildirmələrilə bir zamanda sionist rejim hazır vəziyyət elan edib və qərb sahilinin şimalında yerləşən Nablus şəhərində işğalçılarla fələstinlilər arasında toqquşmalar baş verib.

Sionist hərbçilər Nablusun şərqində yerləşən Beyt-Furik girəcəyini bağlayıblar və bu şəhərin qərbindəki Rafidia kəndində döyüşlər baş verib, belə ki, bir fələstinli yaralanıb. Sionist qəsbkarlar həmçinin əl-Ərrub düşərgəsinə hücum edib və qərb sahilnin cənubunda yerləşən Əlxəlil şəhərindəki Şəir  məntəqəsinin girəcəyini bağlayıblar.

Beyt Ləhm sakinləri də cümə namazından sonra aksiya keçiriblər, lakin bu aksiya sionist işğalçıların basqını ilə üzləşibdir.

Teqlər

Jan 12, 2018 18:06 Asia/Baku
Şərhlər