• Amerikan hərbçilərlə Əfqanıstan polisi arasında toqquşma baş verib

Amerikalı hərbçilərlə Əfqaınstan polis qüvvələri arasında ölkənin şərqində baş verən toqquşmalarda 20 nəfər ölüb.

İRİB-in Kabildən verdiyi məlumata görə, Nəngərhar vilayətinin icra başçısının müavini Übeydullah Şinvari deyib: Toqquşmalar Açin rayonunda baş verib, bir əfqan polis iki amerikalı hərbçiyə atəş açaraq onları öldürüb və sonra qarşılıqlı atışma nəticəsinə hücumçu öldürülüb. 

Bu hadisədən sonra Amerikan hərbçilər Açin rayonunda əfqan polisi və xalq qüvvələrinin mövqelərini atəşə tutublar və nəticədə 17 nəfər həlak olub. 

 

Jan 13, 2018 20:56 Asia/Baku
Şərhlər