Jan 30, 2018 17:35 Asia/Baku
  • BƏƏ-nin dəstəklədiyi qüvvələr Ədənin nəzarətini ələ keçiriblər
    BƏƏ-nin dəstəklədiyi qüvvələr Ədənin nəzarətini ələ keçiriblər

Yəmənin Ədən şəhərində üç gün gedən döyüşdən sonra Birləşmiş Ərəb Əmirliklərinin qüvvələri bu şəhərin nəzarətini ələ keçiriblər.

Birləşmiş Ərəb Əmirliklərinin himayəsi altında olan qüvvələr bu gün Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin qüvvələrilə döyüşdə  Mənsur Hadinin nazirlər kabinetinin üzvlərini Ədənin şimalındakı "Dar Səəd" məntəqəsində yerləşən prezident sarayının içərisində mühasirə ediblər.

Cənub keçid şurasının tabeliyində olan hərbi qüvvələr həmçinin Ədənin şimalında Yəmənin istefa vermiş prezidentinin zirehli mərkəzinin nəzarətini öz əllərinə alıblar.

Cənub keçid şurasının tabeliyində olan yaraqlı ünsürlər Ədənin müstəqilliyini istəyirlər. Ötən bazar günündən başlanmış Ədən şəhərindəki döyüşlər indiyədək 220-dən çox ölüyə və yaralıya səbəb olubdur.

Yəmənin cənubundakı hadisələr bu ölkədə nüfuz üstündə Ərəbistanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı ixtilafların şiddətlənməsindən xəbər verir. Bu iki ölkə Yəməndə qarşı tərəfin aradan götürülməsini istəyir.

Teqlər

Şərhlər