• İsrail hərbçiləri və sionist qəsəbə sakinlərinin hücumunda 32 fələstinli xəsarət alıb

Fələstinin Qırmızı Aypara Cəmiyyəti çərşənbə günü axşam bir hesabat yayaraq, İsrail hərbçiləri və sionist qəsəbə sakinlərinin Qüds şəhəri və İordan çayının qərb sahilində fələstinlilərə olan hücumlarında 32 fələstinlinin yaralanmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Fələstinin Qırmızı Aypara Cəmiyyəti bildirib: İsrail hərbçiləri və sionist qəsəbə sakinləri İordan çayının qərb sahilində yerləşən Əriha şəhərində və Qüdsün şimalında yerləşən Kəfər Əqəb kəndində fələstinli gənclərə hücum ediblər. 

Bu məlumata görə, İsrail hərbçiləri fələstinlilərə qarşı döyüş güllələrindən istifadə edərək, atəş açıb. Həmçinin, fələstinlilərə qarşı gözyaşardıcı qazlardan istifadə edilib. 

Məlumata əssən Kəfər Əqəb kəndində İsrail hərbçilərinin atəş açması nəticəsində fələstinli bir qız ağır şəkildə yaralanıb. 

Fələstin İntifazəsi portalı da şənbə günü bir hesabat yayaraq, cari ilin yanvar ayında 9 fələstinlinin İsrail hərbçiləri tərəfindən şəhid edildiyini, 203 nəfərin isə yaralandığını bildirmişdi. 

Ötən həftələr ərzində işğal edilmiş Fələstin əraziləri sionistlər və fələstinlilər arasında ciddi qarşıdurmalraın şahidi olub. 

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və sionist rejimin Fələstin ərazilərində qanunsuz olaraq  yeni yaşayış massivləri salmaq siyasəti fələstinlilər ilə sionistlər arasında toqquşmaların şiddətlənməsinə səbəb olub. 

Feb 08, 2018 11:16 Asia/Baku
Şərhlər