• İsrail rejimi İordan çayının qərb sahilində təhlükəsizlik tədbirlərini gücləndirib

Sionist rejim ordusu İordan çayının qərb sahilindəki hərbçiləri və hərbi təchizatlarının sayını artıraraq, fələstinlilərə qarşı repressiyanın şiddətləndirilməsinə hazırlaşır.

Fələstini Əl-Yəum informasiya agentliyinin verdiyi məlumata görə, İsrail rejimi cümə günü fələstinlilərin "Qəzəb Cüməsi" aksiyasına hazırlaşmalarını nəzərə alaraq, İordan çayının qərb sahilində öz hərbçilərinin sayını artıraraq, təhlükəsizlik tədbirlərini gücləndirib.

İsrail radiosu isə təhlükəsizlik tədbirlərinin fələstinlilərin sionistlərə qarşı hücumlarının son zamanlar xeyli artmasının ardınca gücləndirildiyini iddia edib.

Fələstinin milli və islamçı qüvvələri isə fələstinliləri "Qəzəb Cüməsi"ndə sionist rejimin rəftarlarına qarşı öz etiraz fəryadlarını yüksəltməyə dəvət edib.

Feb 08, 2018 18:54 Asia/Baku
Şərhlər