• İsrail hərbçiləri fələstinli məktəblilərə hücum ediblər

Sionist rejim hərbçiləri fələstinlilərə qarşı aqressiv davranışlarının davamında bu gün İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində bir məktəbə hücum ediblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, onlarla fələstinli məktəbli cümə axşamı işğalçı İsrail hərbçilərinin Əl-Xəlil şəhərində bir məktəbə gözyaşardıcı qaz atmalarının ardınca zəhərlənməyə məruz qalıb.

Çərşənbə günü də sionist hərbçilər və qəsəbə sakinləri İordan çayının qərb sahilində yerləşən Əriha şəhərində habelə, Qüdsün şimalında yerləşən Kəfər Əqəb kəndinidə fələstinlilərə hücum ediblər. Bu hücum zamanı sionistlər döyüş güllələri və gözyaşardıcı qazlardan istifadə ediblər. Nəticədə bir qrup fələstinli yaralanıb.

Kəfər Əqəb kəndində isə İsrail hərbçilərinin atəş açmaları nəticəsində bir fələstinli qız ağır xəsarət alıb.

Feb 08, 2018 18:59 Asia/Baku
Şərhlər