• Suriyalı müxalif sima işğal olunmuş ərazilərdə
    Suriyalı müxalif sima işğal olunmuş ərazilərdə

Suriyalı müxaliflərin tabeliyində olan "Astana siyasi tribunası" adlı media bürosunun müdiri misli görünməmiş bir hərəkətdə işğal olunmuş Fələstin ərazilərinə səfər edib.

ISNA-nın Əlqudsulərəbi qəzetinə istinadlı məlumatına görə, suriyalı fəallar sosial şəbəkələrdə müəyyən fotolar yayaraq bildiriblər ki, bu fotolar "Astana siyasi tribunası" adlı media bürosunun müdiri Əbdulcəlil Əlsəidin sionist rejim ordusunun sözçüsü Afixay Adray ilə görüşü zamanı çəkilibdir.

Bu məlumata görə, Facebook-da digər şəkillər də yayılıbdır. Bu şəkillər göstərir ki, həmin iki şəxs Suriyada yaralandıqdan sonra işğal olunmuş Fələstin ərazilərində müalicə olunan suriyalı müxaliflərlə görüşə gedibdir.

 

Teqlər

Feb 09, 2018 14:51 Asia/Baku
Şərhlər