• İordan çayının qərb sahilində bir qrup fələstinli həbs edilib

İsrail hərbçiləri İordan çayının qərb sahilində bir qrup fələstinlini həbs ediblər.

İRİB-nin verdiyi məlumata görə, təhlükəsizlik mənbələri bildiriblər: İsrail hərbçiləri bazar günü bir neçə hərbi maşın ilə Nablosun şimalında yerləşən Rəfidiya və Əl-Cəbəl məhəllələrinə daxil olublar. Onlar, fələstinlilərin evlərində axtarış apardıqdan sonra, 5 fələstinlini o cümlədən bir qadını həbs ediblər.

İsrail hərbçiləri həmçinin, Tulkərmin şərqində, Ənbəta qəsəbəsində fələstinlilərin evlərinə basqın edərək, 2 fələstinli gənci o cümlədən keçmiş bir əsiri həbs ediblər.

Sionistlər öz işğalçılıq siyasətlərinə nail olmaq üçün hər gün Fələstinlilərin  yaşadıqları ərazilərə hücum edərək, müxtəlif bəhanələrlə fələstinli gəncləri həbs edirlər. Bununla da fələstinlilər arasında qorx hissi yaratmağa çalışırlar.

Statistik məlumatlara görə İsrail zindanlarında təqribən 7 min fələstinli əsir saxlanılır.

Feb 11, 2018 15:05 Asia/Baku
Şərhlər