• Bağdadda ixtisaslaşdırılmış İran məhsulları sərgisi işə başlayıb
    Bağdadda ixtisaslaşdırılmış İran məhsulları sərgisi işə başlayıb

4-cü ixtisaslaşdırılmış İran məhsulları sərgisi İraqın paytaxtı Bağdad şəhərində işə başlayıb.

Bağdadda İran məhsulları sərgisi işə başlayıb. Sənaye, tikinti və qida məhsullarının nümayiş etdirildiyi bu sərgidə İranın 140 dövlət və özəl şirkəti iştirak edir.

Sərgidə iştirak edən iranlı şirkət nümayəndələrindən biri deyir: “Proqnozlarımıza əsasən İraq texniki xidmətlərin göstərilməsi və tikinti işlərinin aparılması baxımından yaxın gələcəkdə ən iri bazara çevrilmək potensialına malikdir. Bunu nəzərə alaraq, İran şirkətləri bu sərgi vasitəsi ilə öz bacarıqlarını nümayiş etdirməyə çalışırlar.”

Bundan öncə Bağdad 3 oxşar sərginin şahidi olsa da, bu dəfə sərgidə iştirak edən bəzi şirkətlər yeni texnologiyalar  nümayiş etdirirlər. Ortopediya sənayesi və dizel mühərrikləri istehsalçıları bu qəbildəndir: “Bu, İranda sürətlə inkişaf etməkdə olan yeni bir sənaye sahəsidir və beynəlxalq standartlar ilə yaxşı rəqabət aparırıq.” “Biz yük maşınları, avtobus, minibus və çəkici maşınlar üçün mühərriklər istehsal edirik. Həmçinin, su motorları, dizel generatorları və sairə kimi sənaye məqsədli məhsullar da istehsal edirik.”

Sərgidə nümayiş etdirilən məhsullar hətta, İraq rəsmilərinin belə diqqətini cəlb edib və onlar İrandan Bağdadda daimi iqtisadi sərgi təşkil etməsini istəyiblər:”Biz cənab səfirə, İran ilə daha artıq əməkdaşlığa hazır olduğumuzu elan edir və ölkəmizdə İran məhsullarının daimi sərgisinin təşkil olunmasını dəstəkləyiriz.”

İran rəsmisi isə bu xüsusda artıq razılığın əldə olunmasından xəbər verib: “İlkin anlaşma əldə olunub və ümidvaram yaxın gələcəkdə bu sərgi işə başlasın.”

Bu arada İraqda fəaliyyətə malik olmaq istəyən 1400 xarici şirkət Küveytdə keçirilən İraqın Bərpası Beynəlxalq İclasında iştirak edib.

 

 

Feb 13, 2018 21:56 Asia/Baku
Şərhlər