• Netanyahu əleyhinə aksiya - Təl-Əviv
    Netanyahu əleyhinə aksiya - Təl-Əviv

Çərşənbə axşamı Təl-Əvivdə İsrailin korrupsioner baş naziri Benyamin Netanyahu əleyhinə aksiya keçirilib.

İRNA-nın məlumatına görə, sionist rejim polisinin çərşənbə axşamı İsrail prokurorluğundan baş nazir Benyamin Netanyahunu rüşvətxorluq və korrupsiya ilə bağlı rəsmən məsuliyyətə cəlb etməsini istəməsinin ardınca, yüzlərlə nəfər onun mənzili önündə aksiya keçirərək, əleyhinə şüarlar səsləndirib, istefa verməsini istəyib.

İsrailin baş naziri əleyhinə etiraz aksiyası artıq bir neçə aydır ki, davam edir. İnsanlar Netanyahunun məsuliyyətə cəlb edilməsi və vəzifəsindən getməsini istəyirlər.

Netanyahu "1000 işi" adlı cinayət işində rüşvət almaq, fırıldaqçılıq və xəyanətdə ittiham edilir.

Netanyahu "2000 işi" adlı cinayət işində də Yediot Ahronot qəzeti ilə gizli anlaşmada ittiham edilir.

İsrailin baş naziri ötən həftələrdə bir neçə dəfə polis idarəsinə çağrılaraq, istintaqa cəlb edilib.

Teqlər

Feb 14, 2018 11:57 Asia/Baku
Şərhlər