• İraqın bərpası beynəlxalq konfransının üçüncü günü

İraqın bərpası beynəlxalq konfransının üçüncü günü Küveyt əmiri Şeyx Səbah Əl-Əhməd Əl-Səbahın çıxışı ilə işə başlayıb. İran İslam Respublikası xarici işlər nazirinin də bu iclasda iştirak edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Küveyt əmiri Şeyx Səbah Əl-Əhməd Əl-Səbah İraqın bərpası beynəlxalq konfransının üçüncü gününün açılış mərasimində etdiyi çıxışında deyib: Terrorçuların İraqdakı varlığından qaynaqlanan dağıntıların miqyası dərk ediləsidir.

İraqın baş naziri Heydər Əl-İbadi, Ərəbistanın xarici işlər naziri Adil Əl-Cübəyr, BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zaid Al Nihyan, İraqın xarici işlər naziri İbrahim Cəfəri habelə, bir sıra ölkə və beynəlxalq təşkilatın nümayəndələri Küveytdə keçirilən İraqı bərpası beynəlxalq konfransında iştirak edir.

İraqın bərpası beynəlxalq konfransı 12 fevralda öz işinə başlayıb. 3 günlük iclas bu gün öz işini başa vuracaq.

İraqın baş naziri Heydər Əl-İbadi son zamanlar terrorçuların ölkəsinə vurduğu zərər və ziyanların aradan qaldırılması məqsədi ilə proqramın hazırlanmasından xəbər verib.

Feb 14, 2018 13:59 Asia/Baku
Şərhlər